image-qanunla-reklam
image-bakubuildings_40

Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun

image-lady-day-az

Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun.

Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bu gün istər qonşu istərsədə dünya ölkələri ilə sıx əməkdaşlıq əlaqələri yaratmış beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Hər bir azərbayacanlı gündəlik həyatında, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətləri görür və bu islahatların çox böyük əhəmiyyəti olduğunu, eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu olduğunu hiss edir. Hər bir dövlətin iqtisadi müstəqilliyi həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan – istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır. Bu gün dövlətimizin istər siyasi arenada istər iqtisadi sahədə əldə etdiyi böyük uğurlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu gündə ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin uğurlu nəticəsidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki