image-qanunla-reklam
image-62d18c4717e6062d18c4717e61165790010362d18c4717e5c62d18c4717e5e

Ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib

image-lady-day-az

Ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə dövlət başçımızın çıxışı bir sıra mətləblərə aydınlıq gətirdi, ölkəmizin iqtisadiyyatı barədə söylənən fikirlər qürurumuzu daha da artırdı. İlin 6 ayı geridə qalıb. Yarım il ərzində həm siyasi, həm də iqtisadi hadisələri analiz etdikdə aydın görmək olur ki, cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Ölkəmiz kifayət qədər nüfuzlu tədbirlərə ev sahibliyi etdi və tədbirlərdə öz tələblərinin irəli sürülüb müsbət rəylər almasına nail oldu. İlk növbədə, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddətinin gələn ilin sonuna qədər artırılması bu uğurun bariz göstəricilərindən biridir.
Azərbaycan Qoşulmama Hərəkatının inkişafına böyük töhfələr verib. Bunlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bu, bir bir daha göstərdi ki, Qoşulmama Hərəkatının çox böyük potensialı var və bu təşkilat həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün çox önəmli platformadır. Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bunun sübutu olaraq beynəlxalq arenada Azərbaycanın oynadığı rolu, göstərdiyi həmrəyliyi və ehtiyac içərisində olan ölkələrə verdiyi həm humanitar, həm də maliyyə dəstəyini misal çəkmək olar. Bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir.
Müşavirədə xarici siyasətlə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda aparılan infrastruktur barədə söz açan Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Aparılan işlər hamısı yüksək xərc tələb edir, dövlət hesabına aparılır. Prezident İlham Əliyevin dediyi kimi, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi ilə hər kəsə nümayiş edilir. Qısa müddətdə görülən işlər bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Görülən işlərin mənbəyi dövlət büdcəsidir.
Ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Həmçinin iqtisadi sahədə aparılan islahatlar nəticəsində ilin ilk 6 ayı ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə imkan verildi ki, onlar kölgə iqtisadiyyatından çıxsınlar. Nəticə həqiqətən də uğurlu oldu. İqtisadi artım 6,2 faiz, o cümlədən qeyri-neft sektorunda artım 9,6 faiz oldu. Həmçinin hesabat dövrü ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafının bariz göstəriciləridir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki