image-qanunla-reklam
image-16194238413097163521_1000x669

Ölkəmizin inkişafı üçün  bütün imkanlar mövcuddur

image-lady-day-az

Ölkəmizin inkişafı üçün  bütün imkanlar mövcuddur

Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti məhz  bundan ibarətdir.  Ölkə Prezidenti proqram xarakterli hər bir çıxışında  görülən işləri və qarşıda dayanan vəzifələri açıqlayır, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edir.  Xalqın Prezidentinə inamı, etimadı böyükdür. Bu birlik, həmrəylik fonunda hədəflərə  yüksək səviyyədə nail olmaq mümkündür.

Ölkəmizdə  sabitliyin, normal biznes mühitinin mövcudluğu  investisiya cəlbediciliyinin qorunmasında  əsas faktordur. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmizdə böyük  sahibkarlar sinfi yaranıb.

Sahibkarlara güzəştli kreditlərin verilməsi, həmçinin müraciətlərində  süründürməçilik hallarının baş verməməsi üçün elektron xidmətlərin tətbiqi və sair kimi biri-birindən mühüm addımlar bugünkü inkişafın əsasını təşkil edir. Həmçinin bölgələrimizdə “ASAN xidmət”, DOST mərkəzləri fəaliyyət göstərir ki, bunlar hər bir xidmətin  yüksək səviyyədə təşkilində əhəmiyyətli rol oynayırlar. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı bütün dövrlərdə aktualdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə də sahibkarlığın, qeyri-neft sektorunun  inkişafının bundan sonra da prioritet olacağını bildirdi.”

Ölkəmizin inkişafı üçün  bütün imkanlar mövcuddur. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşısında geniş imkanlar açılıb. Dövlət başçısı İlham Əliyev bir daha bu tələbi qaşıya qoydu ki,  hansısa dövlət məmuru əgər öz vəzifə borcunu yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaqdır. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.

İdarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki