image-qanunla-reklam
image-1215409

Ölkəmizin beynəlxalq nüfuzu daha da artıb

image-lady-day-az

Ölkəmizin beynəlxalq nüfuzu daha da artıb

15 iyul 2022-ci il tarixdə Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə cənab Prezidentin çıxışında qeyd etdiyi kimi bu gün ölkəmizin Beynəlxalq arenadakı oynadığı rol, göstərdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyi dəstək Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə artırmışdır. Ölkəmizin beynəlxalq nüfuzunu daha da artıran amillər arasında Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın bu qurumdakı sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılması bir daha onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Bu gün Azərbaycan istər Türk dövlətləri ilə, istərsədə qonşu dövlətlərlə fəal əməkdaşlıq əlaqələri qurmuşdur ki buda ölkəmizin iqtisadi istərsədə suyasi sahədə günü gündən güclənməsini şərtləndirən əsas amillərdən biridir. Eyni zamanda əldə olunmuş bu uğurlar Ölkə başçısının apardığı daxili və xarici siyasətin bariz nəticəsidir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki