image-qanunla-reklam
image-115171_ssdcp7hoky

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

image-lady-day-az

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Müasir dünyamızda istənilən cəmiyyətin inkişafında duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən asılıdır. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etmsində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfü deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.

Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam isə dövlətimiz tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi ümummulli lider Heydər Əliyev olub. Ümumiyyətlə ulu öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipal göstərib.

Hazırda ölkəmizdə qadın siyasəti prioritet istiqamətlər sırasındadır. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun daha da zənginləşdirməkdədir. Hər il Beynəlxalq Qadınlar Günü münasibtilə cənab Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə qadınların cəmiyyətdə oynadıqları rola yüksək qiymət verilir, onların fəaliyyəti təqdir olunur.

Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində ümummilli liderin adını daşıyan, xeyirxah, nəcib əməlləri yaşadan Heydər Əliyev Fondunun da fəaliyyəti misilsizdir. Fonda rəhbərlik edən, ölkənin ictimai həyatında xüsusi fəaliyəti ilə seçilən, real əməlləri ilə ölkəmizin birinci xanımı olduğunu sübuta yetirən respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirir. Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasına, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasına və təbliğinə əvəzsiz töhfələr verir.

Bütün bunlar müasir Azərbaycan qadının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onun cəmiyyətin, ölkənin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik oldğunu bariz şəkildə nümayiş etdirir.

Biz əminik ki, hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsində Azərbaycan qadınları var gücləri ilə çalışacaqlar. Başda Şəhid, qazi, müharibə iştirakçılarının ana, bacıları olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Bayramınız mübarək olsun.

Nurəli Mənsimov – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi

 

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümumilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.

Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir.

Ölkəmizdə dövlət – qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.” Təkcə Bugün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə,həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu yüksəklərə qaldırır .

 Qadın cəmiyyətə , ölkəyə, tarixə adları qızıl hərflərlə yazılmış dahilər, qəhrəmanlar bəxş etmiş anadır. Qadın həm də dünyanın sülh və əmin-amanlıq carçısıdır. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, “Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz”. Əbədiyaşar liderimiz onu da demişdir ki, “Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus, çox yüksək yer tuturlar. Doğurdan da qadınlar insan ömrünün bəzəyi, yaraşığıdır. Qadın müəllimdir, həkimdir, mühəndisdir, ağbirçək el anasıdır, diplomatdır, deputatdir, yüksek vəzifə sahibidir.

Bu gün Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o, öz nüfuzunu ilbəil artırmağa nail olmuşdur. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu gün beynəlxalq aləmdə ölkəmizi ləyaqətlə təmsil edir. Azərbaycan qadınının nəyə qadir olduğunu dünyaya nümayiş etdirir.

Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan qadınına yüksək qiymət verərək deyir: “Tariximizin hər bir dövründə Azərbaycan qadınları zəriflik, ülvilik və gözəllik rəmzi olan qadın- Ana adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdılar. Qadınlarımız öz müdrikliyi, işgüzarlığı, saflığı ilə tarixə parlaq səhifələr yazmışdılar. Milli mənəvi dəyərlərimiz, irsimiz, xalqımızın adət – ənənələri doğma ana dilimiz məhz nənələrin və anaların – qadınların sayəsində bu günədək yaşamaqdadır!”

Qadınlarımızı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir hər birinə bahar ətirli xoş ovqat, firavanlıq, yeni ruh arzulayıram!

Məkkə Həmidova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin direktoru

 

Qadın hüquqları.

 Qadın müqəddəs varlıqdır. Zaman-zaman bütün dünya miqyasında kişilər tərəfindən qadınlara qarşı zorakılıq halları baş verib. Təəssüf ki, bir çox hallarda güclü cinsin nümayəndələri zərif məxluqlara münasibətdə insanlıqdan kənar davranışlar sərgiləməkdən belə çəkinməyib.

Bu mənada qadınların müdafiəsi hər zaman aktual olaraq qalır. Uzun əsrlərdən bəri qadın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq səviyyələrdə çoxsaylı işlər görülüb. Qadınların apardığı mübarizənin nəticəsidir ki, 1910-cu ildən başlayaraq 8 mart tarixi qadınlar günü kimi qeyd olunmağa başlayıb. Artıq bir əsrdən çoxdur ki, hər il əksər dünya ölkələrində 8 mart bayramı böyük təntənə ilə qeyd olunur. Həmin gün hətta qeyri-iş günü sayılır. Bundan başqa, qadınların hüquqlarının daha intensiv şəkildə müdafiəsinə nail olmaq üçün noyabrın 29-u Qadın Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi yad edilir.

Azərbaycan Konstitusiyası, hər bir ölkə vətəndaşı kimi, qadınların da hüquqlarını qoruyur. Bizdə kişilər kimi, qadınlar da eyni hüquq və vəzifələrə sahibdir. Yəni kişi cinsindən olan insanların istifadə etdiyi hüquq və azadlıqlardan qadınlar da heç bir fərq qoyulmadan istifadə edə bilir. Ailənin formalaşması və inkişafında qadın eyni, bərabər status və üstünlüklərə malik olduğu kimi, cəmiyyət həyatının bütün sahələrində də onun hüquqları bərabərdir. Azərbaycan qadınları son illərdə bir sıra sahələr üzrə xeyli nailiyyətlər əldə edib. Gender probleminin aradan qaldırılması sahəsində ciddi işlər görülüb və görülməkdədir. Artıq ölkədə çalışan müəllim kollektivinin əksəriyyətini zərif cinsdən olanlar təşkil edir. Bunu səhiyyə sisteminə də aid etmək olar. Müəlllimliklə bağlı olan sahələrdə rəhbər strukturlarda da qadınların sayı artmaqdadır. Xeyli sayda orta məktəb var ki, onlara qadın direktorlar rəhbərlik edir. Parlamentdə təmsil olunanlar arasında qadınların sayında artım müşahidə olunur. Bəzi siyasi partiyalarda qadınların da irəli çəkilməsinə şərait yaradılır. Bir müəllim, eyni zamanda bir məktəb rəhbəri olaraq bütün dünya qadınlarını 8 mart- Beynəlxalq Qadınlaq Günü münasibətilə təbrik edirəm.

Kəmalə Əliyeva – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbin direktoru

 

Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”

Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.

Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir.

Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu.

44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar.

Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Rəşad İsmayılov – Zərdab rayonu Salahlı kənd ümumi orta məktəbinin direktoru.

 

 

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir.

Koroğlunun Nigarının, Qaçaq Nəbinin Həcərinin, Uzun Həsənin anası Sona Xatunun, Salatın Əsgərovanın, Arəstə Baxışovanın adını çəkmək kifayətdir ki, qadının əslində kim olduğunu və nəyə qadir olduğunu anlayaq. 44 günlük Vətən müharibəsi Azərbaycan qadını haqqında deməli olduqlarımızın ən yaxın və ən parlaq ifadəsidir. Oğlu şəhid olan analar: “Bircə ordumuz dayanmasın, torpaqlarımızı azad etsin”, həyat yoldaşının və qardaşının tabutunu çiyinlərində daşıyan bacımız “Vətən sağ olsun” deyərək dəyanət və mətanətlərini bütün dünyaya göstərdi.

Azərbaycan qadını dərin mənəvi və əxlaqi dəyərlərin daşıyıcısıdır. Azərbaycan qadınları ta qədimdən bu günə kimi əmzkarlığı, mübarizliyi ilə dünya qadınlarına örnək olmuşdur.

Azərbaycan qadını öz iradəsi, saflığı və sədaqəti ilə də cəmiyyətimizdə, xalqımızın milli dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Keçmişimizin unudulmaz səhifələrindəki yüksək ləyaqətinin, ağzıdualı analarımızın müdrikliyinin daşıyıcısı olan çağdaş Azərbaycan xanımları öz dərin zəkası, tükənməz daxıli potensialı ilə bu gün də xalqa və cəmiyyətə fədəkarcasına xidmət edir. Qadınların dövlətin idarəolunma prosesində iştirakını Ümummilli llider Heydər Əliyev daim dəstəkləmişdir. Azərbaycanda qadınların hüquqlqrının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ulu öndərimiz Heydər Əliyev hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyinə görə bilərik. 1993-cü ildən sonrakı dövrdə də qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub.

Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 8 Mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırıb. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də qadınlarımızın uğuru məmnunluq doğurur.

Aliya Rüstəmova – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki