image-qanunla-reklam
image-1674111918-05-446_189

Oğurladıqları təyyarə ilə qəzaya uğradılar – 5 ÖLÜ

image-lady-day-az

Argentinanın Çako əyalətində beş naməlum şəxs yüngül mühərrikli “Cessna-206” təyyarəsini aviasiya klubundan qaçırıb.

Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, hava maşını havaya qalxdıqdan dərhal sonra yanacaq klapanını açmağı unudan cinayətkarlar qəzaya uğrayıb.

“Təyyarə şəhərdə qəzaya uğrasaydı, bu, faciə olardı. Təyyarədə qapalı əyləc sistemi var idi. Onlar havaya qalxanda yanacaq borusunu açmağı unudublar və benzinləri kəsilib, o yanacaq klapanının harada olduğunu hər kəs bilmir”, prokuror Sergio Rios açıqlayıb.

Təyyarənin yanmış qalıqları uçuş-enmə zolağından 7 kilometr aralıda tapılıb, cinayətkarlardan heç biri sağ qalmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki