image-qanunla-reklam
image-2017-04-12-11-52-36avtomobil-ogurlugu-ogurluq

Naxçıvanda “Audi”ni qaçırdılar, “QAZ-31″lə toqquşdular

image-lady-day-az

Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qanunla.az”a bildirilib ki, avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki