image-qanunla-reklam
image-narkomanlar

Narkotik çəkib maşın sürənlər saxlanıldı

image-lady-day-az

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar.

Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakinləri – Təbriz Cavadov və Fəqan Səfərəliyevin idarə etdiyi avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yaranıb.

Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Hər iki şəxsin narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki