image-qanunla-reklam
image-1549790763-surucu-1

Narkotik çəkib maşın sürdü

image-lady-day-az

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyulun 19-da saat 14 radələrində Siyəzən rayonu ərazisində “Opel” markalı avtomobil saxlanılıb.

DİN-dən “Qanunla.az”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Ramal Zamanovun narkotik vasitə qəbul etməsi müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə protokol tərtib olunub. Avtomobildə narkotik vasitəyə bənzər kütlə aşkar edildiyindən o, Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı oradan metamfetamin aşkar olunaraq götürülüb.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki