image-qanunla-reklam
image-247688

“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi ” Heydər Əliyev

image-lady-day-az

“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi ” Heydər Əliyev

105 il bundan öncə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın istiqlal tarixində ən şanlı səhifələrdən biridir. Qısa müddətli mövcudluğuna baxmayaraq, tariximizdə geosiyasi dönüş nöqtəsi yaradan və bugünkü müstəqil dövlətçiliyimizin ideoloji təməllərini qoyan Azərbaycan Xalq Cümhuriyyəti bizim qürur mənbəyimizdir.

XX əsrin sonlarında mənfur erməni daşnak birləşmələrinin hərbi-siyasi təcavüzünə məruz qalan Azərbaycan xalqı doğma torpaqlarını qorumaq, imperiya əsarətindən qurtulmaq üçün yenidən milli-azadlıq yoluna qədəm qoydu və dövlət müstəqilliyini bərpa etdi. Lakin əzəli və əbədi Azərbaycan torpaqlarının bir-birinin ardınca işğal edilməsi, ermənilərə havadarlıq göstərənlər tərəfindən ölkəmizə qarşı siyasi təzyiqlər, beynəlxalq ayrı-seçkilik, daxildəki siyasi qeyri-sabitlik, dərin sosial-iqtisadi böhran davam edir, müstəqil dövlətimizi yeni-yeni sınaqlara çəkirdi. Belə bir çətin və mürəkkəb siyasi şəraitdə xalqın yekdil rəyi və çağırışı ilə respublika rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev öz dərin və uzaqgörən siyasəti ilə dövlətimizin müstəqilliyini və suverenliyini qoruyaraq, xilaskarlıq missiyasını yerinə yetirdi. Xalqımızın ümummilli liderinin qəbul etdiyi müdrik qərarlar dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi, Azərbaycanın nicat və davamlı inkişaf yolunu müəyyənləşdirdi. Onun yorulmaz səyləri sayəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, cəbhə bölgəsində atəşkəs əldə edildi və ölkəmizin iqtisadi qüdrətinin əsasını qoyan taleyüklü enerji müqavilələri imzalandı. Ulu öndər Heydər Əliyevin Azərbaycanı inkişaf və tərəqqi zirvəsinə aparan siyasi-iqtisadi kursu bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Artıq beynəlxalq birliyin bərabərhüquqlu üzvü olan Azərbaycan təkcə yaşadığımız regionda deyil, bütün dünyada özünə layiqli yer tutan nüfuzlu, müasir və güclü bir dövlətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qətiyyətli və müdrik komandanlığı altında rəşadətli ordumuz üç il öncə uğurlu əks-hücum əməliyyatları keçirərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, soydaşlarımızın 30 illik Vətən həsrətinə son qoydu. Bu Böyük Zəfər Prezidentimizin müdrik və uzaqgörən siyasət xəttinin, öz  liderinin arxasınca inamla addımlayan xalqımızın sarsılmaz birliyinin, qətiyyətli rəhbərinə, qüdrətli və müzəffər Ali Baş Komandanına bəslədiyi sonsuz inam və etimadının qələbəsidir. Bu Zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin labüd nəticəsidir.

Bütün bu imtahanlardan, çətinliklərdən keçmiş bugünkü Azərbaycan hakimiyyəti bundan sonra da qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir və biz Azərbaycanı demokratiya yolu ilə, ardıcıl surətdə irəliyə aparacağıq, ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik, əbədi edəcəyik.

Əmin ola bilərik ki, Azərbaycanın sükanı etibarlı əllərdədir.

Günel Şıxəliyeva

Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki