Rusiya ordusu artıq Ukraynada 486 uşağı qətlə yetirib.
“Qanunla.az” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında məlumat yayıb.
“2023-cü il iyunun 8-i səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində 1 495-dən çox uşaq xəsarət alıb, 486 uşaq ölüb”, – məlumatda deyilir.