image-qanunla-reklam
image-kiyev

Müharibə Kiyev sakinlərinin gözündə: “Bu, insanlığa qarşı cinayətdir”

image-lady-day-az

“Şəhərlərimizi bombalayırlar. Bu, insanlığa qarşı cinayətdir”.

Bunu “Qanunla.Az”ın Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın paytxatı Kiyev şəhərinin sakini Boris Lesenko bildirib.

O, vəziyyəti çox mənfi dəyərləndirdiyini deyib: “Müasir dövrümüzdə, sivil dünyamızda heç kim gözləmirdi ki, müharibə aparılmasında belə qəddar və barbar metodlara əl atılacaq. Axı yaşayış binaları, xəstəxanalar, kritik infrastrukturlar bir yana, dinc sakinlərin üzərilərinə bombalar atılır, sakinlər, uşaqlar ölür. Sadəcə, xəstə və yaralıların çıxarılması üçün dəhliz verilmir. Bu, görünməz bir şeydir. Amma biz ukraynalıyıq və torpağımızı heç kimə verən deyilik. Bu müharibə bizim üçün müqəddəsdir. Kiminsə ərazimizi işğal etməsinə imkan verməyəcəyik”.

Digər bir sakin Olqa Tyulpina vəziyyətlə bağlı bunları söyləyib: “Bu vəziyyətə münasibətimiz çox pisdir. Baş verənlər çox dəhşətlidir. Ümid edirəm ki, yaxın zamanlarda bütün bunlar başa çatacaq, hamı sağ qalacaq”.

25 ildir Kiyevdə yaşayan şəhər sakini Filip Derevyaşenko isə daha nikbin danışıb: “Şəxsən mənim əhvalım yaxşıdır. Heç yerə getmirik, burdayıq, şəhərimizdə. Əsgərlərimizə, müdafiəçilərimizə inanırıq. Hər şey yaxşı olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki