image-qanunla-reklam
image-1662962525_c3f6cf2e-cab6-4b68-ba99-155da5849c28_w1200_r1

“Moskva Zelenskiyə üçüncü ölkələr vasitəsilə təzyiq göstərməyə çalışır”

image-lady-day-az

Vətəndaşlarımızın öldürülməsinə son qoyulmayana qədər ruslarla hər hansı danışıqlardan danışmaq çox çətindir.

“Qanunla.az” xəbər verir ki,  bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini Andrii Sybiqa yerli KİV-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, indiki mərhələdə Rusiya ilə danışıqlar aparılmır.

“Mən bunu sizə rəsmi şəkildə təsdiq edirəm. Təbii ki, müəyyən cəhdlər var, o cümlədən üçüncü dövlətlər vasitəsilə.Moskva Zelenskiyə üçüncü ölkələr vasitəsilə təzyiq göstərməyə çalışır.Bu zorakılığa, vətəndaşlarımızın öldürülməsinə son qoyulmayana qədər, danışıqların hər hansı diplomatik izindən danışmaq çox çətindir”, – deyə o,  bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki