image-qanunla-reklam
image-1688636036_1675681175_1675621886_1200x-1-3

“Moskva bunu Minsklə məsləhətləşib tətbiq edəcək” – Belarus lideri

image-lady-day-az

Rusiya nüvə silahından istifadə etmək niyyətində olarsa, Belarusla məsləhətləşəcək.

“Qanunla.az” xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko mətbuat nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiyanın müəyyən sayda nüvə başlıqları artıq Belarusa köçürülüb.

“Rusiya bunu etmək qərarına gəlsə belə, əminəm ki, ən yaxın qonşusu ilə məsləhətləşəcək”.

Belarus prezidenti nüvə silahından istifadə ilə bağlı narahat olmamağa çağırıb və vurğulayıb ki, o, nə ABŞ-a, nə Almaniyaya, nə Böyük Britaniyaya, nə də başqasına hücum etmək fikrində deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki