image-qanunla-reklam
image-1b028-1604300989

Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi

image-lady-day-az

Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.

Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi ki, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz.

Təəssüflər olsun ki, münaqişənin həllində vasitəçilər beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasına çalışmadılar. Cənab Prezident İlham Əliyevin də Bakı konfransında çıxışında qeyd etdiyi kimi “Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi” .

Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Bu il Minsk qrupunun fəaliyyətə başlamasının 30 ili tamam oldu. 30 il kifayət qədər böyük bir vaxtdır. Və bu illər ərzindəki fəaliyyətləri yaxud da belə desək fəaliyətsizlikləri onu deməyə əsas verir ki, bu qrupu təqaüdə göndərməyin vaxtıdır. Azərbaycan artıq Minsk qrupuna əlvida deyib. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

 

Vüsalə Kərimova –Zərdab şəhər sakini,  şəhər 1 saylı məktəb liseyn direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki