image-qanunla-reklam
image-1678346518-img-20230309-wa0016

Mikroavtobus sürən narkoman tutuldu

image-lady-day-az

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanılıb.

Bu barədə Qanunla.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Anar İsmiyevin idarə etdiyi marşrut mikroavtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb A.İsmiyevin həkim müayinəsindən keçirilməsi təmin edilib və onun narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

Həmin şəxsin barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki