image-qanunla-reklam
image-1654927940-ogurluq

Metroda sərnişinin telefonu oğurlandı

image-lady-day-az

Metropolitendə Polis Şöbəsinə iyunun 7-də metronun “28 May” stansiyasında qatarda Bakı şəhər sakini A.Məmmədovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən “Qanunla.az”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Anar Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki