image-qanunla-reklam
image-1651051175-8403ea22-e8c7-4f40-9298-520272d040ae

Metroda HADİSƏ: Gənc qızlar tunelə düşüb qaçdılar

image-lady-day-az

İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.

Bu barədə Qanunla.az-a Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki