image-qanunla-reklam
image-1598601929_ogurluq

Mənzildən OĞURLUQ

image-lady-day-az

Sumqayıt şəhərində mənzildən oğurluq edilib.

“Qanunla.az”ın məlumatına görə, hadisə mayın 13-ü, saat 17 radələrində şəhərin 14-cü məhəllə adlanan ərazisində  baş verib. Belə ki, cinayətkar şəxslər evdə heç kimin olmadığı vaxtda qapının qıfılını xüsusi üsulla açaraq mənzilə daxil olublar.

Onlar evdən qızıl-zinət, digər bəzək əşyaları və xeyli miqdarda pul oğurlayıblar.

Hadisə yerinə gələn polis əməkdaşları oğruların görüntülərinin kameraya düşdüyünü və onların tezliklə tapılacağını bildiriblər. Cinayətkarların kimliyi məlum olsa da, onların harada gizləndikləri hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki