image-qanunla-reklam
image-1683278681_1660122206-1626085325-yangin

Mehdiabadda yaşayış binasında YANĞIN

image-lady-day-az

Abşeronda yaşayış binasında yanğın olub.

“Qanunla.az” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Mehdiabad qəsəbəsində yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m² sahədə, eyvanın plastikdən ibarət qapısı, pəncərəsi və eyvanda olan şkaf 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki