image-qanunla-reklam
image-masin-ogurluq

Maşından oğurluq edən şəxs tutuldu – Video

image-lady-day-az
Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Qanunla.aza Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub.Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki