image-qanunla-reklam
image-1682542753_bicaqlanma1677245806

Keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanıldı

image-lady-day-az

Biləsuvardakı qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə “Qanunla.az”a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində Bayram Orucova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fəxrəddin Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, B.Bayramov əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki