image-qanunla-reklam
image-mashin-kanalizasiya

Kanala düşən hərbçimizin meyiti tapıldı

image-lady-day-az

Aprelin 17-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən QANUNLA.AZ -a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Muğan” və “Aran” dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, kanala düşən şəxs 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevdir. Onun hərbçi olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki