image-qanunla-reklam
image-1653632830_imago0105268725h

“İsveç və Finlandiyaya quru qüvvələri əlavə etməyə ehtiyac yoxdur” – ABŞ

image-lady-day-az

“ABŞ İsveç və Finlandiyanın NATO-ya qoşulmaq üçün quru qüvvələrinin əlavə edilməsini tələb etməyəcək”.

Qanunla.Az xəbər verir ki, bu sözləri ABŞ generalı Kristofer Kavoli cümə axşamı senatorlara bildirib.

Kavoli hərbi təlimlər və ara-sıra Amerika qoşunlarının rotasiyalarının artacağını da deyib.

Hazırda ABŞ-ın Avropa və Afrika ordusunun rəhbəri vəzifəsini icra edən Kavoli “Artıq NATO qüvvələrinin ağırlıq mərkəzi şərqə doğru dəyişdi”,- deyə məlumat verib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəsən sonra Avropada 80.000-dən az olan ABŞ əsgərlərinin sayı təxminən 102.000-ə qədər artıb.

Lakin Kovali artımın Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün atdıqları son addımlarla heç bir əlaqəsi olmadığını söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki