image-qanunla-reklam
image-1604904145_k

İstiqlal ideologiyamızın üç təməl prinsipi

image-lady-day-az

İstiqlal ideologiyamızın üç təməl prinsipi

Azərbaycan Respublikasının Dövlət bayrağı – Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi “türkçülük, müasirlik və islamçılıq”  düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli-mənəvi dəyərlərimizə və ümumbəşəri ideyalarımıza sadiqliyimizin nümayişidir.

Azərbaycanda Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin və rayonlarında da dövlət bayrağı meydanlarının yaradılması ölkə başçısının dövlət bayrağımıza nə qədər böyük önəm verdiyini bir daha sübut edir. Bayraq sözü dövlətçilik termini olaraq, dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.

 

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki