image-qanunla-reklam
image-lavrov-xin

İsrail nümayəndələri zaldan niyə çıxdı? – Lavrov

image-lady-day-az

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclası antiisrail xarakteri daşımayıb.

Qanunla.az  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail nümayəndə heyətinin demarşını izah edərkən deyib.

“Düzünü desəm, təfərrüatı şərh edə bilmərəm. Biz Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edəndə iclasların qrafiki və onların mövzuları müzakirə olundu. Fələstin məsələsi də daxil olmaqla, Yaxın Şərq problemlərinin müzakirəsinə heç kim etiraz etmədi. İsrail nümayəndəsi o qədər pafoslu və emosional şəkildə ritorik sual verdi ki! “Mayın 9-da Böyük Qələbə gününə antirusiya görüşü təyin edilsə, Kremlin reaksiyası necə olacaq?” deyə… Bilirsiniz, mən 10 il BMT-də işləmişəm. Onlar həmçinin mayın 9-da bir araya gəlib, müxtəlif məsələləri və digər BMT-yə üzv ölkələrin bayramlarında da müzakirə ediblər. Təşkilat belədir. Hər bir ölkənin iştirak etmək istəmədiyi bütün tarixləri hesablasanız, başa düşürsünüz ki, iş günü azalacaq. Amma İsrail nümayəndəsi belə bir gündə antiisrail aksiyasında iştirak edə bilməyəcəyini söylədi. Antiisrail aksiyası olmayıb”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki