İsmayıllı rayonunun Hacıhətəmli kəndində birmərtəbəli ev yanıb.

“Qanunla.az” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.