image-qanunla-reklam
image-meyit

İsmayıllıda arvadını qətlə yetirən kişi tutuldu – YENİLƏNDİ

image-lady-day-az

İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Qanunla.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17- də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

***

14:57

İsmayıllıda qadın kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

İyulun 17-si saat 14 radələrində rayonun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki