image-qanunla-reklam
image-ilham

İslahatlar təqdirlə qarşılanır

image-lady-day-az

İslahatlar təqdirlə qarşılanır

“Regional inkişaf proqramları çərçivəsində görülən işlər, əldə olunan nəticələr ölkəmizin bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. İyulun 25-də Prezident İlham Əliyev  Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi görüşdə qarşıda dayanan vəzifələri açıqladı. Dövlət başçısı bildirdi ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalı, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulundan bugünədək görülən işlərin xronologiyasına diqqət yetirsək bölgələrimizin simasının tamamilə dəyişdiyini, kənd və qəsəbələrimizin də bu inkişafdan kənarda qalmadığını böyük əminliklə qeyd edə bilərik. Bütün rayonlarda geniş abadlıq-quruculuq işləri görüldü, infrastruktur layihələri icra edildi,   insanları narahat edən problemlərin böyük hissəsi  öz həllini tapdı. Təbii ki, hər bir sənədin uğurlu icrası növbəti addımın atılmasını şərtləndirir. 3 Dövlət proqramı uğurla icra edildi və əldə edilən uğurlar fonunda 4-cü sənəd təsdiqləndi”.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının başa çatmasına az  müddət qalır:  “3 Dövlət proqramının icra olunduğu 2004-2018-ci illərin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdı. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdi. Regionların, o cümlədən kənd və qəsəbələrin  sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması,  əhalinin məşğulluğunun, maddi rifahının yüksəldilməsi məqsədilə  təsdiqlənən dördüncü sənədin icra edildiyi dövr də  uğurlu nəticələrlə diqqətdədir və gələcəyə daha böyük  inamla addımlamağa əsas verir. Bir mühüm məqamı nəzərə alaq ki, 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirləri həyata keçirilir. Həmçinin  2020-ci ildə 44 günlük Vətən müharbəsini yaşadıq. İki ilə yaxındır ki, tarixi Zəfərimizin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qısa təqdimat ölkəmizin  iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır”.

 

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki