image-qanunla-reklam
image-1634758763118219840_1000x669

İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır

image-lady-day-az

İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır

Bu gün xalqımız torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayır. 44 günlük haqq savaşımızda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hal-hazırda işğaldan azad olunmuş ərazilərimizdə geniş miqyasda abadlıq-quruculuq və yenidənqurma işləri həyata keçirilir. Qısa bir zamanda Böyük Qayıdışın təntənəsi olaraq Dövlət Başçısının Sərəncam və tapşırıqları ilə görülən işlər, yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, infrastrukturun qurulması tezliklə bu ərazilərin tam bərpasından xəbər verir. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir. Mərhələli və planlı şəkildə həyata keçirilən bu işlər tezliklə Qarabağın inkişaf etməsinə və vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmalarına şərait yardacaqdır.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Kamal Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki