image-qanunla-reklam
image-prezident_yazi-_mirzezade33

İşğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir

image-lady-day-az

İşğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir

 

30 ilə yaxın müddətdə erməni təcavüzündən əziyyət çəkən xalqımız 44 günlük müharibədə qalib xalq olduğunu göstərdi. Təəssüf ki bu müddətdə heç kim işğalçıya nəinki “Azərbaycan torpaqlarından çıx” demədi, əksinə bir çox halda onun başı sığallandı. Xüsusən ATƏT-in Minsk qrupu 30 il ərzində bu işlə məşğul oldu. Və bu reallıqlar göstərdi ki beynəlxalq güclər heç də beynəlxalq qanunlar çərçivəsində hərəkət etmir və ikili standartlar hələ də öz qüvvəsində qalmaqda davam edir. Buna görə də Azərbaycan rəhbərliyi ilk növbədə ordu quruculuğuna önəm verdi.

Təməli ölkəmizin iqtisadi gücünə söykənən hərb siyasəti nəticəsində müasir standartlara cavab verən silah və texnikalar arsenalımıza daxil edildi, şəxsi heyətin hərbi hissədə gündəlik fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün arzuolunan şərait yaradıldı, hərbçilərin sosial rifahının yüksəldilməsi üçün böyük işlər görüldü. Həmçinin Ali Baş Komandanın tapşırığı ilə ordu rəhbərliyi tərəfindən aparılan islahatlar nəticəsində hərbi qulluqçuların döyüş vərdişlərinin artırılması, habelə, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə fəaliyyətlər planlı və mərhələli şəkildə həyata keçirildi. Bir sözlə, Azərbaycan Ordusunun qüdrətlənməsi üçün uzun yol qət edildi. Nəticədə ordumuz böyük uğurlara imza atmağı bacardı. Dünyanın güclü orduları sırasında qərarlaşan Şanlı Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardıqları uğurlu hərb siyasətinin təcəssümüdür. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan əsgərinin 44 günlük haqq savaşında qazandığı Böyük Qələbə Ali Baş Komandana sədaqətin, xalqa inamın qələbəsi oldu. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.

 

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki