image-qanunla-reklam
image-1652873315_1652873304720

İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi

image-lady-day-az

Ermənistanın iki əsr ərzində dəfələrlə türklərə, o cümlədən azərbaycanlılara qarşı yürütdüyü soyqırımı siyasəti nəticəsində Azərbaycan xalqı da qaçqınçılıq və məcburi köçkünçülük problemlərini yaşamış və bu gün də həmin ağrı-acılarla üz-üzə qalmaqdadır. Son 200 il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların ata-baba yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalması barədə dəfələrlə söz açılsa da, beynəlxalq birliyin bu faktlara laqeyd münasibəti, yaxud göz yumması sonrakı dövrlərdə daha dəhşətli işgəncə və qətliamlara rəvac verib. Ermənilərin türklərə qarşı belə qeyri-insani münasibətlərinin kökündə, təbii ki, işğalçılıq siyasəti, “böyük Ermənistan” dövlətinin yaradılması ideyası dayanır. Etnik təmizləmə siyasətində, eyni zamanda Qafqazı daim qaynar qazan həddində saxlayan imperiyaların da barmağı olması bir həqiqətdir. Bütün münaqişə və müharibələr təkcə məhvedici dağıntılar, ərazi ilhaqları demək deyildir. Burada söhbət bəşəriyyətin ən ülvi varlığı olan insanın düçar olduğu qəddarlıq və dəhşətlərdən gedir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi. Həmin ərəfədə utopik xəyallar içində olan ermənilərin Azərbaycana qarşı hücumları başladı və ölkə ərazisinin 20 faizini işğala məruz qoydu. Bir milyondan çox azərbaycanlı qardaşımız qaçqın və məcburi köçkünə çevrildi. Bununla bərabər, Ermənistan öz boyuna yaraşmayan iddialarla yeni əraziləri işğal etmək fikrinə düşdü və hücumlar həyata keçirdi. Belə olan halda, dövlət başçımız işğal altındakı torpaqların danışıqlar yolu ilə azad edilməyəcəyini yəqin etdi. Azərbaycanlı qardaşlarımız 30 il işğal altında olan ərazilərini silah gücünə azad etmək qərarı verdilər və 44 günlük müharibə ilə işğala son qoyaraq torpaqlarını geri aldılar. Prezident cənab İlham Əliyev müdrikliyi ilə Ermənistanın təxribatlarını dəf edərək işğalın sona çatmasına nail oldu.

 

  Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki