İraqın Mosul şəhərinin Mahmur rayonunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən hücum zamanı “peşmərgə” adlanan bir neçə kürd silahlısı və daha 3 mülki şəxs öldürülüb.
Peşmərgə komandiri Nejat Hule “Rudaw” telekanalına açıqlamasında məlumatı təsdiqləyib. O, silahlıların Mahmurun Karaçug bölgəsinin Nazikənd kəndində İŞİD terrorçuları tərəfindən pusquya salındığını bildirib.
Hule qarşıdurma nəticəsində 7 “peşmərgə”nin həyatını itirdiyini deyib.