image-qanunla-reklam
image-1681105804_b83b9440-ceb1-4ffc-9237-214045fd3d5c

İranda məktəbdə qızlar kimyəvi qazdan zəhərlənib?

image-lady-day-az

İranın Kürdüstan əyalətinin Sakkız şəhərindəki Mirac Qız Liseyində təhsil alan şagirdlərin kimyəvi qazdan zəhərləndiyi iddia edilib.

“Qanunla.az” xəbər verir ki, bu barədə İran “Telegram” kanallarında məlumat yayılıb.

Bildirilir ki, məktəbə gələn valideynlərlə mühafizəçilər arasında qarşıdurma yaşanıb. Şagirdlərin zəhərlənməsinin səbəbini tələb edən sakkızlılar məktəbdə asılmış İran bayrağını endirərək, ölkə lideri Əli Xamenei əleyhinə şüarlar səsləndiriblər.

Məktəbə gələn təcili yardım maşınları ilə yanaşı, valideynlərin də öz imkanları ilə uşaqları xəstəxanalara apardıqları bildirilib.

Ən azı 47 tələbənin xəstəxanaya yerləşdirildiyi, onlardan 20-dən çoxunun vəziyyətinin ağır olduğu iddia edilib. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki