image-qanunla-reklam
image-1682400105_thumbnail-tw-20230424153857-9422

İran Xəzər dənizi vasitəsilə Rusiyaya döyüş sursatları DAŞIYIR

image-lady-day-az

İran Xəzər dənizi vasitəsilə Ukraynaya qarşı müharibə üçün Rusiyaya kütləvi sursatın verilməsi marşrutu yaradıb.

“Qanunla.az” xəbər verir ki,  bu barədə ABŞ-ın “Wall Street Journal” nəşri məlumat yayıb.

“Rusiya gəmiləri Ukraynada döyüşən hərbçilərin təchizatını artırmaq üçün Xəzər dənizi vasitəsilə çoxlu sayda İran artilleriya mərmisi və digər döyüş sursatlarını daşıyır. Son altı ayda yük gəmiləri İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və milyonlarla patron daşıyıb”, – məqalədə qeyd olunub.

Bildirilir ki,  bu, “ABŞ və onun Moskva ilə Tehran arasında əməkdaşlığa mane olmağa çalışan müttəfiqləri üçün getdikcə çətinləşir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki