image-qanunla-reklam
image-narkotik

İran vətəndaşından narkotik vasitə alan şəxsə hökm oxundu

image-lady-day-az

Sumqayıt şəhərində narkotik alverində ittiham olunan 1975-ci il təvəllüdlü Tofiqin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, Tofiq şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşından Bakı şəhəri, “20 Yanvar” dairəsi yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 50,111 qram çəkidə narkotik vasitə olan heroini əldə edib.

O, 23 noyabr 2021-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

Tofiqin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq 7 il müddətinə azadlıqdan məhrum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki