image-qanunla-reklam
image-3b21449f04463a442080e07e17e9c505

İqtisadi müstəqillik faktoru

image-lady-day-az

İqtisadi müstəqillik faktoru

Günü-gündən artan iqtisadi qüdrəti Azərbaycanın iqtisadi rolunu Cənubi Qafqazda və ətraf regionda yüksəldərək xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin qorunmasına möhkəm zəmin yaratmışdır. Bütün bu nailiyyətlər 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdə böyük rol oynadı. Bu torpaqların azad olunması, ərazi bütövlüyümüzün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm hadisədir. Bu qələbə ilə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.

Azad olunmuş torpaqların iqtisadi potensialından istifadə, müəyyən olunmuş iqtisadi strateji istiqamətlər növbəti illərdə ölkəmizin sosial–iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə qaldıracaqdır.

Azərbaycan iqtisadi cəhətdən artıq inkişaf etmiş ölkələr sırasındadır. Uğurlu sosial- iqtisadi və siyasi nailiyyətlər, milli və dünyəvi dəyərlər sayəsində gələcəkdə Azərbaycanın beynəlxalq nüfuzunun artacağı şübhəsizdir. Bir sözlə, qürurla deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində inkişafımız daha da sürətlənməkdədir. İnkişaf yolunda irəliləyişin digər səbəbi isə xalqın dövlət başçısına olan inam və etimadıdır. Məhz bu birlik, bu inam Vətən müharibəsi zamanı qazanılan qələbəyə öz töhfələrini verdi. Qalib dövlət, qalib xalq bundan sonra da öz prezidentinin rəhbərliyi ilə möhtəşəm iqtisadi, siyasi uğurlar qazanmağa davam edəcəkdir. Dövlətimizin inkişafı bütün regionun inkişafında öz müstəsna rolunu göstərəcək və bu inkişafa zəmin yaradacaqdır.

 

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki