image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

İqtisadi artım göstəriciləri

image-lady-day-az

İqtisadi artım göstəriciləri.

Azərbaycan pandemiyadan sonra iqtisadi artımı bərpa edib və 2021-ci ili yüksək iqtisadi inkişaf göstəriciləri ilə başa vurub.2021-ci ildə Azərbaycan İqtisadiyyatı isə 5,6 faiz artmaqla son səkkiz ildə ən yüksək artım tempi göstərib,iqtisadiyyatda bərpa proseslərinin sürətlənməsi,post-pandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar müsbət iqtisadi dinamikanı təmin edib.
Vətən müharibəsində Zəfərdən sonra ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır.Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə İqtisadi gücü siyasi,iqtisadi,sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər,yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir.Cənab Prezidentimiz İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi kimi Azərbaycan post müharibə və post-pandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru ən qəti inkişaf senariləri üzrə irəliləyir.Cənab İlham Əliyev həmin çıxışı zamanı bildirdi ki,ötən il qeyri-neft ixracımız 40 faizdən çox artıb.Bu amil imkan verir ki,Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox,eyni zamanda,digər məhsullar hesabına ölkəyə cəlb etsin.Azərbaycan nadir ölkələrdən biridir ki,ölkənin xarici ticarət balansının saldosu müsbətdir.Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir.İxrac idxalı təxminən 80 faiz üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur.Güclü maliyyə sabitliyi şəraitində ölkəmizin valyuta ehtiyatları da əhəmiyyətli dərəcədə artıb.Son bir ildə strateji valyuta rezervlərimiz 2,5 milyard dollar artaraq 53 milyard dollara çatıb.Bu,güclü iqtisadi sabitlik təminatıdır və həmçinin möhkəm təhlükəsizlik yastığı deməkdir.

Bütün bunların fonunda həm də onu demək mümkündür ki,iqtisadi artım,qeyri-neft ixracının son 30 ildə ən yüksək səviyyəyə çatması və idxalı 5 dəfə üstələyən strateji valyuta ehtiyatlarının formalaşması Azərbaycanın güclü iqtisadi mövqeyini və milli valyutamızın dayanıqlı sabitliyini möhkəmləndirir.

 

Zərdab rayonu Çallı kənd tam orta məktəbin müəllimi- AlimQasımov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki