image-qanunla-reklam
image-screenshot-2023-04-11-180916

“İnjuria” jurnalının baş redaktoru Əsmər Əliyevanın oxuculara müraciəti

image-lady-day-az

image-screenshot-2023-04-11-174456

Əziz oxucu,

Əminliklə deyə bilərik ki, fəaliyyət göstərdiyi iki ildən artıq bir dövrdə “İnjuria” imza atdığı ilklərlə, layihələrlə, konfranslarla öz sözünü demiş və oxucusunun qəlbində yer etmiş bir hüquq jurnalına çevrilmişdir. Hüquqi maarifləndirmə, tanınmış hüquqşünasların, hüquq alimlərinin, ictimai xadimlərin sizlərə daha yaxından tanıdılması, qanunvericilikdə və hüquq elmində qarşılaşdığımız ziddiyyətli və problemli məqamlarla bağlı fikir mübadiləsi jurnalın əsas istiqaməti olmuşdur. Qısa dövr ərzində əldə etdiyimiz nəticələrimizə görə jurnalın təsisçisi Kəmalə xanımın və bütün redaksiya heyətinin əməyi danılmazdır.

Lakin həyat dəyişir, inkişaf edir və elə bir məqamdır ki, həyatın bütün sahələrində olduğu kimi, jurnalımızın da inkişafı üçün yeniliklər vacibdir.
Odur ki, sizin doğma “İnjuria” bu aydan artıq yeni nəfəslə, yenilənmiş formatla və yeni baş redaktorla görüşünüzə gəlir.
İnanırıq ki, jurnalımızın yeni layihələri və yeni ideyaları praktik və nəzəriyyəçi hüquqşünaslar, hüquq tələbələri və ümumilikdə cəmiyyətimizin bütün üzvləri üçün faydalı və gərəkli olacaq. Bunun üçün bütün redaksiya heyəti olaraq əlimizdən gələni edəcəyimizdən əmin ola bilərsiniz.

Yeniliklərin anonsu olaraq isə bildirmək istəyirik ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev ili” elan olunan 2023-cü ildə “İnjuria” da ümummilli liderimizin 100 illiyinə həsr olunmuş möhtəşəm tədbirlər, konfranslar, dəyirmi masalarla qarşınızda olacaqdır.

Bizimlə və hüquqa aid axtardığınız hər şeyi tapa biləcəyiniz “İnjuria” ilə qalın!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki