image-qanunla-reklam
image-345109604_3474644359480878_1383713069034090261_n

İNJURİA hüquq jurnalının “Heydər Əliyev və onun bizə ərmağan etdiyi bu günkü Azərbaycan” müzakirəsi…

image-lady-day-az

İNJURİA hüquq jurnalı tərəfindən 5 may 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və onun bizə ərmağan etdiyi bu günkü Azərbaycan” adlı dəyirmi masa keçirilmişdir.

İlk öncə redaksiya şurasının bir qrup üzvü Ümummilli liderin məzarını ziyarət etmişlər. Sonra dəyirmi masa öz işinə başlamışdır. Tədbirdə millət vəkilləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, ədliyyə işçiləri, hüquqşünas alimlər və digər qonaqlar iştirak etmişdir.

Əvvəlcə İNJURİA hüquq jurnalının baş redaktoru Əsmər Əliyeva qonaqları salamlamış, daha sonra tədbir iştirakçılarına söz vermişdir. İlk olaraq çıxış edən İnjuria hüquq jurnalının təsisçisi Kəmalə Məmmədova Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə keçirdiyi hüquqi islahatlar barədə məlumat vermişdir. Millət vəkili Hicran Hüseynova Heydər Əliyevin uzaqgörən siyasəti və siyasi fəaliyyəti ilə bağlı məlumat vermiş, onun həyatı ilə bağlı dəyərli məlumatları tədbir iştirakçıları ilə bölüşmüşdür.

Millət vəkili Vüqar İskəndərov tədbirin keçirilməsini yüksək qiymətləndirərərək Heydər Əliyev şəxsiyyətinin dəyərlərindən söz açmışdır. Millət vəkili Rauf Əliyevin Ümummilli liderin fəaliyyətindən söz açmışdır. Deputat Bəhruz Məhərrəmov Ulu Öndərin hüquqi dövlət quruculuğu sahəsindəki xidmətlərindən söz açdı. Sonra vəkillər, hüquqşünaslar, ədliyyə işçiləri, ictimai birlik sədrləri çıxış edərək Ümummilli liderin ideyaları haqqında fikir mübadiləsi apardılar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki