image-qanunla-reklam
image-eliyev-zurabishvili

İlham Əliyev Zurabişviliyə başsağlığı verdi

image-lady-day-az

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu göndərib.

Qanunla.Az məktubun mətnini təqdim edir:

“Hörmətli xanım Prezident,

Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki