image-qanunla-reklam
image-1612354631-prezident

İlham Əliyev Yunanıstanlı həmkarına məktub göndərdi

image-lady-day-az

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.

“Qanunla.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki