İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

“Qanunla.az” xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Dövlətimizin başçısına Müstəqillik abidəsi barədə məlumat verildi.

Sonra prezidentlər xatirə şəkli çəkdirdilər.