image-qanunla-reklam
image-1675858624-ilham-aliyev_shusha-numayendesini-qebul-ederken

İlham Əliyev ABŞ-ın Cənubi Qafqaz üzrə yeni baş müşavirini qəbul edəcək

image-lady-day-az

ABŞ dövlət katibinin Cənubi Qafqazda danışıqlar üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Luis Bono Bakıya gəlib. 

“Qanunla.az” xəbər verir ki, ABŞ-dan olan diplomatın regiona ilk rəsmi səfəri Azərbaycandan başlayıb.

Azərbaycan prezidenti İlham Əliyevin Bononu qəbul edəcəyi açıqlanıb. Onun digər rəsmi şəxslərlə görüşəcəyi də planlaşdırılır.

Diplomat bundan sonra Ermənistan və Gürcüstana gedəcək.

“Cənab Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini inkişaf etdirmək üçün Bakıdadır”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki