image-qanunla-reklam
image-ias

İkitərəfli görüşlərin əhəmiyyəti

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə 31 oktyabr 2022-ci il tarixində Soçiyə etdiyi işgüzar səfəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində aparılan işlərin daha da sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən hadisədir. Dövlətimizin başçısı hər zaman olduğu kimi, Soçi səfərinin gedişində də həm Rusiya Prezidenti ilə keçirdiyi ikitərəfli görüşdə, həm də Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə prinsipial və ədalətli mövqelərdən çıxış edərək müzakirə olunan məsələlərdə ölkəmizin mövqelərinin daha da möhkəmlənməsinə nail olmuşdur. İki il bundan əvvəl Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. Bu gün isə möhtərəm cənab Prezidentimizin dediyi kimi, artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Azərbaycan bu xüsusda üzərinə düşəni edir. Məlum olduğu kimi, ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsasında durmalı olan 5 əsas prinsip irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Lakin Ermənistan da artıq anlamalı və qəbul etməlidir ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib və bu baxımdan burada praktiki olaraq müzakirə ediləcək heç bir məsələ yoxdur.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki