image-qanunla-reklam
image-ias

İkitərəfli görüşlərin əhəmiyyəti

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Oktyabrın 31-də Soçidə ikitərəfli görüş keçirilib. Dövlət başçılarının bu intensiv görüşləri ikitərəfli görüşlərin əhəmiyyətli olduğunu, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

Bu ilin may ayında üçtərəfli formatda keçirilən son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əhəmiyyətli sayda təmaslar baş tutub. Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Vətən müharibəsindən sonra Moskvada keçirilən bütün görüşlərin gündəliyi müharibə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlıdır. Prezident cənab İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə keçirilən ikitərəfli görüşdə birmənalı olaraq bildirib ki, Qarabağ münaqişəsi artıq tarixdir, o iki il əvvəl həll olunub, burda praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Bu görüş Azərbaycanın qətiyyətli və dəyişməz mövqeyinin növbəti bariz nümunəsi idi. Görüşün Azərbaycanın iradəsi çərçivəsində keçirilməsi Putinin nitqində də öz əksini tapdı. Azərbaycanın prinsipial mövqeyini və proseslərin rəsmi Bakının iradəsi çərçivəsində inkişaf etdiyini bir daha təsdiqlədi.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Əməkdaşı İmanova Xanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki