image-qanunla-reklam
image-1667254178280251991-1

İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 31 0ktyabr 2022-ci il tarixində imzaladıqları Bəyanat Azərbaycanın maraqlarını əks etdirir. Bəyanat imzalanmazdan əvvəl Prezident cənab  İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüşü keçirilmişdir. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Görüşdə qeyd olunmuşdur ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.

İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik Qarabağ münaqişəsinə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mərhələli addımların atılması dövrüdür. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Ölkə başçısı Soçi görüşündə növbəti dəfə qətiyyət nümayiş etdirərək, ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi. Növbəti dəfə bəyan edildi ki, “Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru-Məkkə Həmidova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki