image-qanunla-reklam
image-nazile-ismayilova

İdmançılarımız İrəvanı tərk etdi

image-lady-day-az

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq İrəvanı tərk ediblər.

QANUNLA.AZ  xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi də keçib.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində yarış təşkilatçılarından olan stilist Aram Nikolyan səhnəyə qaçaraq, Bayrağımızı onu daşıyan qızın əlindən qapıb və yandırıb. O, polisə aparılsa da, qısa müddətdən sonra azad edilib və ona cinayət işi açılmasından imtina edilib.

Azərbaycan milli komandası isə çempionatdan imtina edib və ölkəmizə qayıtmağa qərar verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki