image-qanunla-reklam
image-363337858_840998620713251_6370580825655558970_n

İdman ictimai həyatın mühüm amilidir

image-lady-day-az

İdman ictimai həyatın mühüm amilidir.

Cənab Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində qeyd etdiyi kimi idman ictimai həyatın mühüm amilidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir cox mühüm beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmişdir.2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları bir şəhərdə cəmi iki il ərzində keçirilib. İlk Avropa Oyunları həqiqətən Azərbaycanı Avropaya açdı. Formula 1 yarışları artıq yeddi dəfə keçirilib. Formula 1-in auditoriyası 500 milyondur. İlk Formula 1 yarışlarından sonra turizm 20 faiz artdı və COVID-dən əvvəl hər il on – on beş faiz artım var idi. Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirilmişdir.İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. İdmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür.Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirməkdən əlavə, bu sahədə yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoyulub. Burada isə artıq peşəkar idmanla məşğul olmaq və sırf bu sahədə ciddi uğurlar qazanmaq kimi daha konkret hədəflər müəyyənləşdirilib. Bu isə eyni zamanda, mötəbər beynəlxalq yarışlarda  ölkəmizi təmsil edən, qalib olan, himnimizi səsləndirən idmançların nə qədər şərəfli bir işlə məşğul olduğunu ortaya qoyur.  Bu fakt isə bir daha idmanın hər bir ölkə üçün ən önəmli strateji sahələrdən biri olduğunu göstərir. Buna görə də son dövrlərdə ölkəmizdə sözügedən cəhətdən də idmanın inkişafına ciddi fikir verilir.

Bu sahədə çox ciddi nailiyyətlərə imza atılıb. İdmançılar ölkəmizin təbliğində böyük rol oynamağa başlayıblar. Hər dəfə bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi hər bir azərbaycanlı üçün çox qürurvericidir. Həmçinin ölkəmizə gətirilən saysız qızıl, gümüş və bürünc medallar, ən mötəbər yarışlar nəticəsində ildən-ilə çempionlarımızın sayının getdikcə kütləviləşməsi də idmanın çox şərəfgətirici bir sahə olduğunu bir daha sübut edir. Azərbaycanda idmana o cümlədən idmançılara göstərilən qayğı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gündə cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı –Əvəz Soltanov

 

 

Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi.

Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitlərdə məsuliyyəti üzərinə götürərək mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Bu günün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir. Tanrının bizə bəxş etdiyi belə şəxsiyyətlərdən biri də müstəqil Azərbaycanımızın xilaskarı və qurucusu, xatirəsini daim əziz tutduğumuz ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir.Hakimiyyətə qayıdandan sonra qısa müddətdə bütün cəmiyyəti vahid ideya ətrafında birləşdirən və milli birliyi təmin edən Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirən xalqımız həmin günü öz xilaskarının şərəfinə Milli Qurtuluş Günü kimi tarixə yazdı. Müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoymuş ümummilli liderimiz Heydər Əliyev öz dühası ilə qarşıdakı bir çox onilliklər üçün dövlətimizin hərtərəfli inkişafı və milli təhlükəsizliyinin istiqamətlərini müəyyən etdi. Məhz ulu öndərin uzaqgörən diplomatiyası, uğurlu daxili və xarici siyasəti sayəsində həyatın bütün sahələrini bürümüş tənəzzülün qarşısının alınması, ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və iqtisadiyyatın bazar prinsipləri əsasında yenidən qurulması mümkün oldu.

Azərbaycanın sərbəst iqtisadiyyat yolunu tutduğunu dünyaya bəyan edən Heydər Əliyev iqtisadi müstəqilliyin vacibliyini önə çəkdi. Ulu öndərin iqtisadi inkişaf konsepsiyasında milli iqtisadiyyatımızı bazar prinsipləri əsasında qurmaq, özəl sektorun fəaliyyətini genişləndirmək və dövlət mülkiyyətinin özəlləşdirmək, aqrar islahatlara, azad sahibkarlığa, vətəndaş təşəbbüskarlığına geniş imkanlar yaratmaq, inkişaf etmiş ölkələrin qabaqcıl iş təcrübəsindən yararlanmaq və dünya iqtisadiyyatına inteqrasiya olunmaq mühüm yer tuturdu. Ümummilli lider iqtisadi islahatları həyata keçirərkən daxili potensialı nəzərə almaqla, islahatların sistemli və kompleks şəkildə aparılmasını, əhalinin həyat səviyyəsi nəzərə alınmaqla sosial yönümlü bazar iqtisadiyyatın prinsiplərinə əsaslanmasını zəruri sayırdı. Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasında azad sahibkarlığın, özəl bölmənin inkişafı üçün zəruri şəraitin təmin edilməsi mühüm yer tuturdu. Bu başlıca prinsiplər Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi naminə Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarda öz təsdiqini tapmışdır. Ulu öndərin 2000-ci ilin aprel və may aylarında yerli və xarici iş adamları ilə görüşməsi, bundan sonra sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul etməsi bunun təsdiqi idi. Dahi rəhbər xarici investorları Azərbaycanla əməkdaşlığa cəlb etmək üçün ölkədə hər cür şərait yaradılmasını, onların fəaliyyətinin tənzimlənməsi üçün hüquqi bazanın yaradılmasını daim diqqət mərkəzində saxlayırdı.Bu gün müstəqilliyimizin dayanıqlı, dövlətçiliyimizin daimi olacağına hər birimizin böyük əminliyi vardır və bu inam üçün, ilk növbədə, ulu öndərə borcluyuq. Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır. Artıq 20 ildir ki, ulu öndərin gələcək istəklərini, yarımçıq qalmış niyyətlərini onun ən layiqli davamçısı Prezident İlham Əliyev uğurla yerinə yetirməkdədir.

Müstəqil Azərbaycan onun rəhbərliyi altında gələcəyə doğru inamla irəliləyir, bu yolda möhtəşəm nailiyyətlərə imza atır.  Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən, ilk növbədə, sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırıb, xalqın əsl liderinə çevrilib, onun sonsuz məhəbbət və etimadını qazanıb. Ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə xalqımız çox böyük nailiyyətlər əldə edib, öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyub.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

Müasir Azərbaycanın qurucusu.

Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu dəvət etdi. 1993-cü ildə Azərbycan Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra respublikanın iqtisadiyyatında nəzərəçarpacaq irəliləyiş hiss edildi. Qısa müddətdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrildi.
Ötən əsrin 70-ci illərində azərbaycanlı çağırışçıların, əsasən tikinti təmayüllü hərbi hissələrdə xidmət etməsi dahi şəxsiyyətin konkret tədbir görməsində vəsilə oldu. Yüzlərlə gənc ittifaqın müxtəlif ali hərbi məktəblərinə göndərildi ki, bu da gələcəkdə kifayət qədər təsirli nəticələrin başlanğıcı kimi dəyərləndirilməlidir.Xalqın böyük əksəriyyətinin səsi ilə  Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərin olduqca gərəkli siyasətinə əsasən qısa müddətdə beynəlxalq müqavilələr imzalandı ki, bunlar da respublikanın iqtisadi  inkişafına güclü təsir göstərdi. Bu inkişaf digər sahələrin də inkişafına şərait yaratdı. Ordu quruculuğuna xüsusi diqqət yetirildi. Qısa müddətdə yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi, hərbi vəzifələrə peşəkar zabitlər təyin olundu. Ordunun şəxsi heyətinin döyüş hazırlığı ilə bir sırada mənəvi-psixoloji hazırlığı da yüksəldildi. Ulu Öndərin sərkərdəliyiylə Horadiz əməliyyatı bu hazırlığı yüksək səviyyədə tamamladı. Bunlar da Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasını təmin etdi. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarıdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş  Komandan kimi Heydər Əliyevin ön xətdə əsgər və zabitlərə tövsiyələri hərbi xidmətdə fərqlənənlərin bilavasitə səngərdə təltif edilməsi  şəxsi heyətin mənəvi-psixoloji hazırlığında nəzərəçarpacaq yüksəliş yaratdı. Ulu Öndər fəxrlə deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu kəlam hər bir azərbaycanlının həyat amalıdır. Bu kəlam tarixin əlli ilinin nəyə istinadən yaşanıldığının göstəricisidir. 20 ildir ki, ulu öndərin gələcək istəklərini, yarımçıq qalmış niyyətlərini onun ən layiqli davamçısı Prezident İlham Əliyev uğurla yerinə yetirməkdədir.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki