image-qanunla-reklam
image-dldfdknknksdnkd

Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır

image-lady-day-az

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır

Müasir dövlətçiliymizin qurucusu Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Ölkəmizin suverenliyinin qorunmasında, müstəqilliyimizin əbədiliyinin təmin edilməsində Ümummilli Liderimizin nümayiş etdirdiyi qətiyyət dövlətçiliyimizin inkişafına əsaslı təsir göstərdi.  Hələ 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. Həmin dövrdə Naxçıvan blokada vəziyyətində olsa da, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu bölgəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.

Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etdi. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan Ümummilli Lider Heydər Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib hazırladığı inkişaf siyasətinin ən böyük uğurlarından biri də başlanan işlərin inamla davam etdirilməsidir. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər tərəfindən iqtisadi-siyasi, ümumiyyətlə, bütün sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirdi. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artdı, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olundu. 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Elvin Məmmədov – Zərdab rayonu, Şıxbağı kənd tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki